Siyasi proqramların müqayisəsini aparın

Gürcü xəyalı koalisiyası » İctimai nəqliyyat

Ölkədə ictimai nəqliyyat sisteminin yaxşılaşdırılması uğrunda hansı siyasəti həyata keçirəcəksiniz?

İctimai (kütləvi) nəqliyyatın inkişafına Gürcüstan höküməti son illərdə böyük diqqət ayırır. Ölkədə ictimai nəqliyyatın inkişafı və nizama salınması yerli əhali üçün və xarici qonaqlar üçün böyük önəm kəsb edir. Gürcüstan höküməti yaxın illərdə şəhərlərarası ictimai nəqliyyatın nizama salınmasını planlaşdırmışdır (bununla bağlı, qanunvericilik dəyişiklikləri haqqında iş cari durumdadır), həmçinin paytaxtda və böyük kurort şəhərlərində ictimai nəqliyyatın inkişafına ekoloji durumunun yaxşılaşdırılmasını nəzərə alaraq xüsusi diqqət yetiriləcəkdir. Paytaxtda yeni tramvay layihəsinin aparılması və kanat yolları şəbəkəsinin genişləndirilməsi “yaşık nəqliyyatın” inkişafı baxımından irəli atılan addım olacaqdır. Eləcə də bütün ölkədə və xüsusilə böyük şəhərlərdə ictimai avtomobil parkının tərkibi yeniləşdirilməlidir, çünki o bu günün tələblərini nə xidmət keyfiyyəti, nə də ekoloji təhlükəsizlik nöqteyi-nəzərdən təmin edə bilmir. Hal bu ki, Avropa ilə assosiyasiya müqaviləsilə boynumuza öhdəlik götürmüşük ki, müqavilənin qüvvəyə mindiyindən beş il müddətində ölkə nəqliyyatı (ictimai də) Avrodirektivlərilə müəyyən edilmiş göstəriciləri təmin etməlidir.

Bununla belə, Tbilisidə, urbanizasiyanın yüksək səviyyəsi (nəqliyyat vasitələrinin böyük miqdarı), həmçinin hərəkətin təşkili, piadələrin və sürücülərin aşağı mədəniyyət səviyyəsi, günün müəyyən vaxtlarında tıxacların yaradılmasını şərtləndirir.

Eləcə də paytaxtda və digər şəhərlərdə (Batumi və Kutaisi də bu tərəfdən artıq addımlar atılmışdır) velosiped cığırlarının salınmnasına və ümumiyyətlə, bu növ nəqliyyatın kütləviləşdirilməsinə diqqət ayrılmalıdır.

Belə düşünürük ki, yuxarıda qeyd edilən layihələr və planların yerinə yetirilməsi, ölkənin ictimai nəqliyyatını daha ekoloji, rahat və yerli əhalinin və Gürcüstan vizitorlarının tələblərinə uyğun edəcək.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.