Siyasi proqramların müqayisəsini aparın

Gürcü xəyalı koalisiyası » Sağlam qida və su

Ölkədə sağlam qida və içməli suyun asan əldə edilməsi üçün hansı siyasəti həyata keçirəcəksiniz?

Əhali üçün sağlam qidanın asan əldə edilməsinin təmin olunmasında qanunvericilik və təmizləyici mühitin möhkəmlənməsinə yönəldilən siyasət aparılacaqdır, bu qidanın istehlakı ilə bağlı xəstəliklərin sirayət etməsinin qarşısı alınacaq. Bu siyasət eləcə də daxili və xarici bazarlarda milli istehsalat keyfiyyətini və rəqabətliyini yüksəldəcək. Avroittifaqın qanunvericiliyinə tədricən yaxınlaşma olacaq. Bu məqsədlə dövlət, biznesoperatorlara öz işlərinin müasir standartlara keçməsində kömək edəcək. Eyni zamanda qidanın ailə təsərrüfatı səviyyəsində istehsalın ənənəvi metodları da müdafiə ediləcək. Dövlət laboratoriya imkanlarının inkişafına səbəb olacaq, bitkilərin müdafiəsi və heyvanların sağlamlığının tənzimləyici sistemlərini nizama gətirəcək. Sərhəd məntəqələrində kənd-təsərrüfatı məhsulunun veterinar və fotosanitar nəzarəti sərtləşdirilməlidir. Bu ölkədə təhlükəli və zərərli heyvan və bitki xəstəliklərinin sirayət etmə imkanlarını məhdudlaşdıracaq. Ölkədə qidanın zərərsizliyi sahəsində əhalinin məlumatlandırılmasının yüksəldilməsi və sağlam rəqabət prinsiplərinin təsbiti məqsədilə media və mülki ictimaiyyət nümayəndələrinin fəal iştirakı ilə ardıcıl informasiya kompaniyası keçiriləcək. Hökümət qida istehlakının təhlükəsiz və sağlam qidalanma prinsiplərinin təbliğinə, hərtərəfli yardım göstərəcək. 

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.