Siyasi proqramların müqayisəsini aparın

Gürcü xəyalı koalisiyası » İlkin səhiyyə

İlkin səhiyyə xidmətinin asan əldə edilməsi və keyfiyyətinin yaxşılaşdırılması naminə hansı siyasəti həyata keçirəcəksiniz?

İlkin tibbi xidmət əhaliyə ödənişsiz və/ya minimal həmödənmə ilə ötürüləcəkdir, belə yardım yaşayış yerinə yaxud maliyyə durumuna baxmadan ediləcək. İlkin səhiyyə xidmətində olan hər şəxs üçün, illik məbləğ (kapitasiya ya büdcə üslubunda) ayrılacaq. Bu məbləğlər əhalinin coğrafi əhatəliyi arealı əsasında müəyyən ediləcək. Maliyyələşdirmə qeydiyyata alınanların sayı üzrə aparılacaq. Pasiyent qeydiyyat sisteminin inkişafından sonra, pasiyentlərə ailə təcrübə həkimlərinin öz dəstəsini seçmək imkanı veriləcək. Müvafiq olaraq, pasiyentə kapitasiya maliyyələşdirməsi qoşulur. Bu mexanizm servislər təqdim edənlər arasında rəqabətə səbəb olacaq və xidmətin səviyyəsinin yüksəlməsində əks olunacaqdır. Hər vətəndaş vacib ambulatoriya xidmətilə təmin ediləcək və bu xidmət əhaliyə yaşayış yerinin yaxınlığındaki ilkin səhiyyə qrupu ilə birgə göstəriləcəkdir. Bu qrupa ümumi təcrübəyə malik feldşerlər və mamaçalar daxildirlər. Qeyd edilən nəzərə alır:

  • Ambulatoriya şəraitində, eləcə də pasiyentin mənzilinə müalicə yaxud prevensiya məqsədilə gedərək, həkim məsləhəti;
  • Funksiya-diaqnostik və laboratoriya müainələri;
  • İkinci ya üçüncü səhiyyə tibbi müəssisəyə müraciət (referal);
  • Reproduksiya sağlamlığın müdafiəsi (onların arasında, hamilələrə nəzarət, ailənin planlaşdırılması, cinsi cəhətdən yoluxucu xəstəliklər, uşaqların fiziki inkişafına nəzarət) tədbirləri;
  • Tuberkuloz, ürək-qandamarları və digər qeyriyoluxucu xronik xəstəliklərin idarəsi məqsədilə planlaşdırılmış tədbirlər;
  • Eləcə də, ictimaiyyətin sağlamlığının müdafiəsinə yönəldilən bu cür tədbirlər: əhalinin sağlamlıq ehtiyaclarının  qiymətləndirilməsi, imunizasiya, cəmiyyətdə sağlamlıq üçün təhlükəli vəziyyətin aşkar edilməsi, sağlamlıq haqqında əhalinin məlumtalandırılması və təhsili, cəmiyyətin sağlamlıq problemlərinin aşkarlanması və həlli üçün səfərbər edilməsi, sağlam davranışın təsbiti.

“Kənd həkimi” institutu hərəkətə başlayacaq. Həkim xidmətindən kənar hər bir qəsəbə - məntəqə (dağlıq yerlərdə də) qalmayacaqdır.

İlk səhiyyədə tibbi xidmətin təqdim edilməsi üçün vacib fiziki infrastruktura və təchiz nəzərə alır: a) Xidmət təqdim edənlərin funksiya xüsusiyyətləri, b) pasiyentin ehtiyaclarını və hüquqlarını (konfidensiyallıq və komfort) , c) qəbul edilmiş inşa-mühəndis standartları, ed) iqtisadi parametrləri.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.