Siyasi proqramların müqayisəsini aparın

Gürcü xəyalı koalisiyası » İnfrastruktur

Ölkədə yol və biznes infrastrukturun inkişafı və yaşxılaşdırılması naminə hansı tədbirləri həyata keçirəcəksiniz?

Ölkənin yol və biznesstrukturunun sonrakı inkişafı üçün yaxın gələcəkdə kompleks işlərin həyata keçirilməsi planlaşdırılır. Onların arasında:

  • Resursların düzgün bölüşdürülməsi və müasir planlaşdırma ilə yol aktivləri durumunun yaxşılaşdırılması;
  • Gürcüstanın relyefi və ekologiyasına uyğun təhlükəsiz, rahat və iqtisadi cəhətdən faydalı beynəlxalq dərəcəli nəqliyyat yolları şəbəkəsinin yaradılması – inkişafı; yeni magistral yolların salınması – modernizasiyası və mövcud yolların plan üzrə rekonstruksiyası;
  • Daxili dövlət və yerli əhəmiyyətli yolların (kənd yolları da) bərpa olunmamış hissəsi; onun prioritet kəsimlərinin bərpası; mərkəzi hakimiyyətin və munisipalitetin müvafiq əməlinin münasib koordinasiyası; qeyd edilən yolların beynəlxalq standartlarla uyğunlaşdırılması və uzunmüddətli istismarı üçün qoruma-mühafizə işlərinin düzgün planlaşdırılması;
  • Gürcüstan nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası və beynəlxalq tranzit şəbəkəsinin mükəmməl funksiyasına tərəfdarlıq;
  • Avtomobil yollarının bərpası-salınması işlərinin keyfiyyəti və idarəsinin müvafiq sistemlərinin yaxşılaşdırılması;
  • Nəqliyyat infrastrukturunun çoxtərəfli tamamlanması və locistik mərkəzlərinin inkişafı: Nəqliyyat sistemləri obyektlərinin müvafiq artırılması və inkişafı (yol, yolkənarı, dəmir yolu və liman infrastrukturu, aeroportların rekonstruksiyası və yük terminallarının inşası, locistik mərkəzlərin yaradılması və s.) prioritet şərq-qərbin sürətli avtomagistralının və Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin inşasının sona yetməsinə (enmə-qalxma cığırının uzunluğunun artırılması və yük terminallarının inşası) və Anakliyanın dərinsulu limanı layihəsinin həyata keçirilməsinə veriləcəkdir;
  • Locistik mərkəzlərin inkişafı məqsədilə, beynəlxalq standartlara müvafiq infrastruktur, multimodal və intermodal daşımaların inkişafına yardım göstəriləcək;
  • Tranzit dəhlizinin rəqabətliliyinin yüksəldilməsi məqsədilə beynəlxalq nəqliyyat sistemlərinidə inteqrasiya və region əməkdşlığının inkişafına yardım göstəriləcək; transavropa nəqliyyat dəhlizinin əsas məhvərləri ilə Gürcüstandan keçən nəqliyyat dəhlizinin birləşdirilməsi məqsədi ilə dəniz magistralları inkişaf etdiriləcək (o cümlədən boran daşınmaları),  dövlətlər arası səviyyədə tranzit daşınmaları inkişafı məqsədilə transit dəhlizinin qonşu ölkələrlə (çeşidli yüklərə) keçici tariflər qəbul ediləcək.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.