Siyasi proqramların müqayisəsini aparın

Gürcü xəyalı koalisiyası » Ticarət və kənd təsərrüfatı

Kənd sakinləri üçün ticarət və kənd təsərrüfatının iqtisadi imkanlarının yüksəldilməsi naminə hansı siyasəti həyata keçirəcəksiniz?

Kənd sakinləri üçün ticarət və kənd təsərrüfatı sahələrinin, eləcə də iqtisadi imkanlarının yüksəldilməsində dövlət torpaq və sərmayə bazarlarının inkişafını yeni texnologiyalar və sərmayənin cəlb edilməsi məqsədi ilə yardım göstərəcək. Bu isə əhalinin rifahını və iqtisadi imkanlarını artıracaq. Kənd sakinləri üçün qeyri kənd-təsərrüfat iş yerlərinin yaradılmasına yönəldilən tədbirlər də hazırlanacaq və həyata keçiriləcək, bu isə bilavasitə kənd təsərrüfatı inkişafına səbəb olan tədbirlərlə birgə, kənddə yoxsulluğu mühüm dərəcədə azaldacaq. Fermerlər reestrinin hazırlanması prosesilə birgə məqsədli proqramlar başlayacaq və davam edəcək, bu da nisbətən ucuz və uzunmüddətli resursla, eləcə də kənd-təsərrüfatı xammalının əldə edilməsini asanlaşdıracaq. Lizing, sığorta və digər maliyyə əlamətlərinin tətbiqi və məhsulun saxlayıcı anbarlarının, sallaqxanaların və digər obyektlərin yaradılmasına yardım ediləcək. Kooperasiya proqramlarının həyata keçirilməsilə dövlət əməli miqyasların iriləşməsi prosesinə kömək edəcək. Bu istehsal edilən məhsulun maya dəyərini və onun satış imkanlarını artıracaq, eləcə də, məhsulun əldə edilməsini və fermer bazarlarının ərsəyə gəlməsini asanlaşdıracaq. Müasir texnologiyalar və biliyin sirayət edilməsində aqrar təhsil və elminə, məsləhətvermə və ekstensiyanın müasir sisteminin yaradılmasına yönəldiləcəkdir. Ölkənin qida təhlükəsizliyi və fermerlərin rifahının yüksəldilməsi məqsədilə kənd-təsərrüfatı infrastrukturunun yeniləşdirmə tədbirləri həyata keçiriləcəkdir. Qidanın zərərsizliyi sisteminin gücləndirilməsinə yönəldilən siyasət gürcü məhsulunun rəqabətliyini dünya və yerli bazarda artıracaq və istehlakçıya keyfiyyətli və zərərsiz qidadan faydalanma imkanı verəcək. Dövlət xarici investisiyaların cəlb edilməsinə yardım edəcək və Gürcüstan və beynəlxalq ticarət təşkilatları arasındaki münasibətləri yaxşılaşdıracaq, müvafiq ticarət standartları tətbiq edəcək, beynəlxalq bazarlarda isə gürcücə adların müdafiəsi üçün münasib siyasət aparacaq. Kənd-təsərrüfatı və aqrobiznesin rəqabətliliyinin yüksəldilməsi, idxalın əvəzedilməsi, ixracın mükafatlandırılması və yoxsulluğun aradan qaldırılması kontekstində diqqət ətraf mühit üçün təhlükəsiz müəssisə təcrübəsinin təsbit edilməsinə və Gürcüstan üçün unikal heyvan və bitkilər növünün saxlanmasına yetiriləcək.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.