Siyasi proqramların müqayisəsini aparın

Gürcü xəyalı koalisiyası » İdman

İdman və sağlam həyat qaydasının inkişafı və idman-rekreasiv infrastrukturunun yaxşılaşdırılması üçün hansı siyasəti həyata keçirəcəksiniz?

İdman siyasətinin mühüm vəzifəsi sağlam həyat tərzinin təsbiti, sağlam nəslin böyüdülməsi və zərərli vərdişlərin dəf edilməsidir. İntizamlı dövlət siyasətini həyata keçirməklə ölkədə sağlam həyat tərzinin kütləviləşdirilməsi sonrakı istiqamətlərdə gerçəkləşdiriləcək: Uşaqlar və gənclərin sağlamlığının müdafiəsi və onların harmonik inkşafına qayğı göstərmək, vahid təhsil sisteminin ərsəyə gətirilməsi, narkomaniya və alkoholizmə meyilliyin dəf edilməsi, həyatın “hərəkətsiz” qaydasını fiziki fəallıqla əvəz etmək. Kütləvi idmanın inkişafı, ilk növbədə, əhalinin fiziki sağlamlığına səbəb olacaq və ictimaiyyətdə sağlam həyat tərzi təsbit ediləcək. Bu isə xüsusi nailiyyətlərə malik idman növlərinin inkişafı üçün möhkəm əsasların yaradılması deməkdir. Kütləvi idmanın inkişafı sonrakı digər müsbət təmayüllərin aşkar olunmasını şərtləndirir:

Cinayət prevensiyası -  Uşaqlar və gənclərin enerjisinin və təcavüzkarlığının sağlam idman məcrəsinə gətirmək. Asudə vaxtın idmanla doldurulması.

 Xəstəliklərin prevensiyası İdmana fəal qatılma xəstəliklərin prevensiyasına səbəb olacaq;

Davamiyyətin yaxşılaşdırılması İdman və fiziki tərbiyə dərslərinin vasitəsilə şagirdlərdə fiziki və əqli inkişafa yardım göstərmək;

Vətənpərvərlik ruhunun yüksəldilməsi İdman həyat qaydası əhalinin vətənpərvərlik ruhunun yüksəlişinə stimul verir və ölkənin müdafiəsi qüdrətinə yüksəldir;

İdman infrastrukturu vahid dövlət siyasətinə müvafiq inkişaf emtəlidir: İdman infrastrukturuna qayğı-göstərilmə və asan əldə etmə standartları, özəl investisiyaların cəlb edilməsinin hüquqi əsasları hazrılanacaq, idman infrastrukturunda ticari funksiya təyinatının nəzərə alma normaları müəyyən ediləcək. Kütləvi və özəl təhsil ocaqlarının avtorizasiya və akreditasiya olması standartları daxil edilməsi üçün idman komponentinin standartları hazırlanacaq (minimal idman infrastrukturunun mövcudluğu, idman təhsil proqramları). Şəhərlər və munisipalitetə daxil olan kəndlərdə kütləvi məşğuliyyət cihazlarının qurulması, idman zallarının tikilməsi, idman infrastruktunun elektron yolgöstəricinin yaradılması.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.