Siyasi proqramların müqayisəsini aparın

Gürcü xəyalı koalisiyası » Ekologiya

Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin çirklənməsinin azalması üçün hansı siyasəti həyata keçirəcəksiniz?

Gürcüstanda ətraf mühitin durumunun yaxşılaşdırılması və onun çirklənməsinin azaldılması məqsədilə, ətraf mühitin və təbii resursların mühafizəsi nazirliyi yaxın gələcəkdə sonrakı kompleks tədbirləri  həyata keçirəcək:

  • Ölkənin ətrafmühiti mühafizəsi qanunvericiliyini avroittifaqın direktivlərilə yaxşılaşdırmaq (ahəngdar etmək);
  • Şəhərlərdə və regionlarda ölkənin su resursları və havası keyfiyyətinin daim nəzarəti;
  • Ölkə avtoparkının modernəlşdirilməsi və zərərli maddələrin havaya püskürülməsi ilə bağlı yeni tələblərin təsis edilməsi;
  • Göllər, Qara dənizin sahil suyu keyfiyyətinin yaxşılaşdırılması üçün çimərlik sularda çirkləndirici maddələrinin müntəzəm nəzarəti;
  • Müəssisələrin onlar tərəfindən müvafiq ətrafmühitmühafizəsi texnologiyalarının tətbiqinin qəti tələbləri yolu ilə öhdəliklərinin artırılması;
  • “Sahibkarın genişlənmiş məsuliyyətinin” tətbiqi. Bu qalıqları hasil edənin ya sahibinin öhdəliyi deməkdir ki, qalıqların azaldılması, zərərləşdirilməsi və təhlükəsiz yerləşdirilməsi ilə bağlı xərcləri ödəsin;
  • Qalıqların idarəsi haqqında qanunvericiliy bazasının yaradılması, zibilxanalar durumunun səhmana gətirilməsi, qalıqları emal edən müəssisələrin işə salınmasına yardım etmək;
  • Təbii fəlakətlərin proqnozlaşdırılması və sürətli xəbərdarlıq sisteminin yaradılması. Bunun məqsədi itkinin və zərərin maksimum azaldılmasıdır;
  • Bioçoxrəngliliyin, onların arasında, məhvə düçar olan növlərin müdafiə mexanizminin tətbiqi, onların durumunun və yaşayış mühitinin yaxşılaşdırılması;
    təbii resursların, onların arasında meşə resurslarının idarəsi, qeydə alınması və əqli istifadəsinin Avropadakı mövcud təcrübənin tətbiqi;
  • Meşə-şalbanın qeyri qanunsuz kəsilməsi və meşə-şalbanla qeyri-qanuni ticarətə qarşı tədbirlərin həyata keçirilməsi;
  • Ətrafmühit mühafizəsi məlumatına və təhsilə ictimaiyyətin asan əldə edilməsinin artırılması;
  • Qərar qəbul edərkən, o cümlədən, ətraf mühitə təsir etmə icazəsini verərkən, ictimaiyyətin erkən mərhələdə qatılmasının təmin edilməsi.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.