Siyasi proqramların müqayisəsini aparın

Gürcü xəyalı koalisiyası » Sosial siyasət

Sizin sosial siyasətiniz nədən ibarətdir və hansı sosial proqramlarının həyata keçirilməsi üçün cəhd göstərəcəksiniz?

Gürcüstanın sosial müdafiəsi siyasəti ünvani yardıma əsaslanır. Sosial siyasətin mühüm prinsipi kimi dövlət tərəfindən ən yoxsul insanlar üçün resursların çatdırılmasıdır. Eyni zamanda dövlət yardım etmənin ünvanı yaxşılaşdırılmasına qayğı göstərəcək, bunun üçün o müxtəlif vasitələrdən istifadə edəcək. Sosial sektorda islahatlardan sonraki mərhələnin vəzifələridir:

  • “Güclü, demokratik, vahid Gürcüstan üçün” sosial siyasətinin intizamlanması Gürcüstan hökümətinin proqramına müvafiq olaraq;
  • Yaş pensiyasının yaşayış minimumunun miqdarının saxlanması ilə yanaşı, yığılacaq pensiya sisteminin tətbiqi imkanlarının müzakirəsi/strategiyasının hazırlanması;
  • Sosial cəhətdən köməksiz ailələrin sosial iqtisadi durumunun qiymətləndirilməsi metodologiyasının və inzibatlaşdırma sxeminin yenidən baxılması/intizamlanması ki, bir tərəfdən, proqram uşaqların və uşaqlı ailələrin ehtiyaclarını yaxşı əks etdirsin və ikinci tərəfdən, obyektiv məlumata əsaslanaraq proqramın məqsədliyi artsın;
  • Böhran vəziyyətində olan uşaqlı ailələrin yardımı proqramının tətbiqi. Bu proqram bu cür ailələrin ehtiyaclarını təmin edəcək;
  • Sosial xidmətlərin ehtiyaclarının dəqiq identləşdirilməsi sisteminin formalaşdırılması, ehtiyacların qiymətləndirilməsi əsasında, aşkar edilən xidmətlərin inkişafına yardım göstərilməsi və identləşdirilmiş benefisiyalar üçün onların təqdim edilməsi;
  • Sosial xidmətlərin standartlaşdırılması;
  • Benefisiyaya qoşulmuş vauçer maliyyələşdirmə mexanizmindən istifadə edərək, sosial xidmətləri təqdim edənlərə rəqabətdavamlı mühitin yaradılması;
  • MİM şəxslərin icma təşkilatları və gün mərkəzləri şəbəkəsinin genişlənməsinə yardım etmək;
  • Sığınaqsız küçə uşaqları üçün, böhran ehtiyaclarına müvafiq müxtləif xidmətin hərəkətə gətirilməsi. Bu xidmətlər küçədə yaşayan və işləyən uşaqlara tam reabilitasiya xidməti təklif edəcəklər;
  • Sığınaqsız uşaqların sığınaqla təmin edilməsi;
  • Müharibə veteranlarının reabilitasiyasına kömək göstərmək;
  • MİM şəxslərin yardım imkanları ilə təmin edilməsi;
  • Demoqrafik problemlərin həlli (hər üçüncü və sonrakı uşağa yardım təsis etmək).

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.