Siyasi proqramların müqayisəsini aparın

Gürcü xəyalı koalisiyası » Təhsil

Təhsilin keyfiyyətinin yaxşılaşdırılması naminə hansı siyasəti həyata keçirəcəksiniz?

Sabit iqtisadi inkişafın və biliyə əsaslanan demokratik cəmiyyətin qurulmasının, milli və ümumbəşər dəyərlərini daşıyan azad və iqtisadiyyatca fəal vətəndaşların ərsəyə gətirilməsinin əsas əlaməti təhsildir. Ümumi təhsil siyasəti və yeni strategiya təhsil sistemi dərəcəsinin yüksəldilməsinin və yaş, cins, etnik yaxud sosial mənsubiyyət, yaşayış yeri, psixiki yaxud fiziki imkanlara baxmayaraq hər bir şagird üçün bərabər dərəcədə əldəetmək zəmanəti olacaq. Hər şagird üçün təhlükəsiz və motivləndirici təhsil mühiti yaradılacaq. Təhsil-tədris prosesinin qiymətləndirilməsi çevik və hərtərəfli şəffaf, obyektiv və ədalətli olacaq, yenidən işlənmiş milli təhsil planı vəsaitlər, müasir təhsil metodları üzrə yenidən hazırlanmış müəllimlər, təhsil prosesinə inteqrasiya edilmiş müasir texnologiyalar, sağlam həyat tərzinin kütləviləşdirilməsi, yaradıcılıq və idman fəallıqları, etnik azlıqların dövlət dili tədrislərinin yaxşılaşdırılması – bütün bunlar şagirdlərin nailiyyətlərini təmin edir. Sahibkarlıq təhsilinin inkişafı və peşə istiqamətinin və karyeranın planlaşdırması kursları şagirdlərə müxtəlif peşə və əmək bazarı tendensiyaları haqqında məlumat ötürəcək və peşə seçimində yardım göstərəck. İdarə və maliyyə mexanizmləri məktəblərin güclənməsinə və inkişafına istiqamətlənəcək. Müasir standartlara müvafiq olaraq məktəblərin infrastrukturu yaxşılaşdırılacaq, şagirdlərin nəqliyyatla təmin edilməsi proqramları məktəbi asan əldə edilən edir. Təhsilin prosesi beynəlxalq və milli qitymətləndirmələrlə qiymətləndirilir. Peşə təhsili istiqamətində şagirdlərin məlumatlandırılması xüsusi önəm daşıyır, çünki ölkənin urbanizasiya inkişafı məhz peşə təhsilinin inkişaf etmiş sisteminin hazırladığı ixtisaslı personal tələb edir. İxtisas təhsili keyfiyyətinin yaxşılaşdırılmasına istehsalat təcrübəsinin təmin edilməsində munisipal müəssisələrin iştirakı planlaşdırılmışdır. Təhsil və yenidən hazırlanma imkanı, yaşı və sosial statusunu seçmədən paytaxtın bütün vətəndaşlarına veriləcəkdir ki, bütün həyat boöyu təhsil imkanı prinsipi müdafiə edərək və hər bir şəxsin sosial və fərdi inkişafına kömək göstərək. Xüsusi diqqət əmək bazarının tələblərinə ixtisasların müvafiq olmasına və ixtisastəhsilinin dərəcəsinə veriləcəkdir, bu da kursu bitirənlərin və yenidən hazırlananların işə cəlb etmə inkanlarını artırır.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.