Siyasi proqramların müqayisəsini aparın

Gürcü xəyalı koalisiyası » Mədəniyyət

Mədəni həyatın yaxşılaşıdılması naminə hansı siyasəti həyata keçirmək istəyirsiniz?

2012-cü ildə mədəniyyət nazirliyi 10 əsas prioritet müəyyənləşdirdi. Həmin il mədəniyyət konsepsiyasının hazırlanması başlandı. 2014-cü ildə mədəniyyət nazirliyi ilk dəfə mədəniyyət siyasətinin sənəd üzərində işə başladı. Mədəniyyət siyasət dövlət tərəfindən mədəniyyət sahəsində rəhbər tutulan prinsiplərin və normaların birliyidir.  Nazirliyin prioritetləridir:

  • Gürcü mədəniyyətini özünəməxsusluğunun saxlanması, Gürcüstanın maddi və qeyrimaddi mədəni irsinin müdafiəsi və inkişafı;
  • Gürcüstanın regionlarında mədəni ocaqların yaradılması yaxud bərpasına yardım göstərilməsi; mədəniyyətdən, ölkənin regional inkişafının hərəkət etdirici qüvvəsi kimi istifadə edilməsi; Gürcüstan regionlarının beynəlxalq mədəni həyata qatılması;
  • Müasir sənəti inkişafına yardım göstərmək, gürcü mədəniyyətinin kütləviləşdirilməsi və Gürcüstan sənətçilərinin beynəlxalq sənət məkanına qatılması məqsədilə mədəniyyətlər arası dialoqların aparılması;
  • Paytaxt və regionlarda sənətçilik təhsilinə yardım etmək;
  • Münagişə regionlarında etimadın bərpası prosesində mədəni layihələrin hərəkətə gətirilməsi;
  • Dövlət və özəl sektorun müvəffəqiyyətli əməkdaşlığı və mədəniyyət sahələrinin tərəfdarlığı naminə əlavə mənbələrin əlverişli qanuvericilik mühitinin yaradılmasına yardım göstərmək;
  • Yaradıcılıq sənayelərinin (mədəni turizm, kino, dizayın, moda, xalq sənəti) inkişafına yardım göstərmək;
  • Gürcüstanda yaşayan milli azlıqların ictimai həyata fəal qatılması mədəni rəngarəngliyin göstərilməsi yolu ilə;
  • Sosial cəhətdən köməksiz təbəqələr üçün mədəniyyətin müxtəlif sahələrinin əldə edilməsinin təmin edilməsi;
  • Gürcüstandan qıraqda yaşayan həmyerlilərimizin ölkənin mədəni həyatına qatılmasına yardım göstərmək.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.