Siyasi proqramların müqayisəsini aparın

Gürcü xəyalı koalisiyası » İqtisadi inkişaf

Yerli hakimiyyətlərdə iqtisadi inkişafa nail olmaq üçün nə kimi siyasət aparacaqsınız? Xahiş edirik özünüzə məxsus üç prioriteti təsvir edəsiniz.

Gürcüstan hökümətinin məqsədi, inkluziv iqtisadiyyatın artmasının təmin edilməsidir ki, hər vətəndaş prosesə qatılaraq nail olunan nəticələrlə faydalansın. İnkluziv iqtisadi inkişafa nail olmaq üçün, region inkişafına böyük önəm verilir, özünüidarəetmənin qatılmasını və ayrı-ayrı regionun inkişafı prioritetlərinə müvafiq ehtiyaclarını nəzərə alaraq konkret tədbirlər aparılmalıdır.

Hökümətin prioriteti kənd-təsərrüfatı inkişafıdır, burada əhalinin 50% çalışır. Şəhərdəki əlavə gəlir daxili məhsulun yalnız 9,3% təşkil edir. Aqrar siyasətin həyata keçirilməsi nəticəsində torpaq istifadəsi məsələləri tənzimlənəcək, kəndtəsərrüfatı sektoru xidmət və xammalla təmin ediləcək, fermerlər güzəştli pul məbləğləri ilə təmin olunacaqlar.

Bu siyasətin aparılması nəticəsində yaxın illərdə sahədə bir neçə min iş yeri yaradılacaq. Kiçik və orta biznesin inkişafına yardım etmək siyasəti ölkənin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Gürcüstan höküməti kiçik və orta biznesi mükafatlandıracaq, bu isə özəl sektorda investisiyaların və inovasiyaların artırılmasını təmin edəcəkdir. Ailə və kiçik biznesin inkişaf fondu yaradılacaqdır, karter razılaşmaların məhdudiyyəti ilə rəqabətli mühit yaradılacaq, vergilər prosedurası sadələşdiriləcək.

Biznesinkubatorlar və digər kiçik biznesin yardım institutları yaradılacaq və yardım ediləcək; kiçik və orta biznesin nümayəndələrinə bütün ölkə miqyasında məlumat-məsləhət xidməti göstərilir.

Bir tərəfdən, ədalətli rəqabət siyasəti və ikinci tərəfdən kiçik və orta müəssisələrin tərəfdaşlığı, onlar tərəfindən  istehasl edilən məhsulun həcminin və gəlirin artmasını təmin edir.

Turizm Gürcüstanın hər regionu tarixi-mədəni abidələrlə, ənənəvi çaxırçılıq məskanları ilə, təbii resurslarla, mülicə-balneologiya mərkəzləri ilə zəngindir.

Mədəni-tarixi irs və hər regionun unikal coğrafi yerləşməsi turizmin inkişafının ən böyük potensiyalını şərtləndirir. Bu cəhətdən, yeni investisiyaların cəlb edilməsini, xidmət sahəsində inkişafın və yerli əhalinin işə cəlb edilməsi imkanlarını yaradan infrastruktur layihələrinin həyata keçirilməsi mühümdür.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.